Ermənilər Mxitaryanın Bakıya getməli olduğu qənaətindədir
28.09.2018
Ermənistan millisinin sabiq qolkiperi, hazırda həmin yığmanın qapıçılar üzrə məşqçisi işləyən Roman Berezovski və yunan-Roma üzrə Olimpiadanın gümüş mükafatçısı Miqran Arutyunyan "Arsenal”ın futbolçusu Henrix Mxitaryanın "Qarabağ”la oyun üçün Bakıya getməli olduğunu bildirib.
"Dövran Media" xəbər verir ki, Berezovski Mxitaryanı Bakıda heç bir təhlükənin gözləmədiyini qeyd edib:
"Henrix qərar verməlidir ki, gedəcək, ya yox. İstənilən halda özü və UEFA qərar verəcək. Fikrimcə, Bakıda təhlükəsizlik olacaq”.
2015-ci ildə Avropa Oyunları zamanı Bakıda güləşmiş Miqran Arutyunyan da Mxitaryana Azərbaycana getməyi məsləhət görüb:
"Henrixin belə bir imkanı varsa, birmənalı şəkildə ora uçmalıdır. Mən də Dağlıq Qarabağda olmuşam, nə olsun ki? Çətinlik olmayıb, Bakıya uçmuşam. Düzdür, Bakını avtobusla Olimpiya kəndinə kimi görmüşəm. Yarışlar zamanı təbii olaraq mənə təzyiq vardı. Ancaq inanın ki, bu, əhval-ruhiyyəmə heç təsir etmirdi.
Azərbaycanlılara yaxşı yanaşıram”.
Qeyd edək ki, "Qarabağ” Bakı Olimpiya Stadionunda oktyabrın 4-də "Arsenal”la qarşılaşacaq