Ukrayna taxılının daşınmasına icazə verilib
22.07.2022
Yaxın həftələrdə Qara dənizdə taxıl daşıyan gəmilərin hərəkəti üçün təhlükəsiz dəhliz fəaliyyətə başlayacaq.
"DM" xəbər verir ki, bu barədə "RİA Novosti” öz mənbəsinə istinadla məlumat yayıb.
"Yaxın həftələrdə baş tutacağına ümid edirik. Zəmanət alınıb”, - mənbə qeyd edib.
Qeyd edək ki, bu gün Türkiyədə Dolmabaxça sarayında Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə taxıl daşınması üzrə müqavilənin imzalanma mərasimi keçiriləcək.