Britaniya Ukraynaya yeni silah partiyası göndərəcək
21.07.2022
Britaniya Ukraynaya 1600-dən çox tank əleyhinə silah və çoxlu sayda artilleriya silahı tədarük edəcək.
"DM" xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O qeyd edib ki, Britaniya Ukraynanı, həmçinin, batareyaya qarşı radar sistemləri, yüzlərlə dron və 50 mindən çox patron ilə təmin edəcək.
"Beynəlxalq tərəfdaşlarımızla birlikdə biz Ukraynanın özünü işğaldan müdafiə etməsi üçün lazımi silahlara malik olmasını təmin edəcəyik”, - müdafiə naziri bildirib.
Qeyd edək ki, Boris Conson ötən ay Ukraynaya 1 milyard funt-sterlinq (1,2 milyard dollar) hərbi dəstək vəd edib.