Avropada ölüm saçan istilik: Yüzlərlə insan həlak olur - FOTO
21.07.2022
Avropaya təsir edən misli görünməmiş istilər səbəbindən yüzlərlə insan həyatını itirir.
Səlahiyyətlilər xəstələrə və qocalara evdən çıxmamaq barədə xəbərdarlıq ediblər.
Fransada 1975-ci ildən bəri ən yüksək temperatur 9-18 iyul tarixlərində qeydə alınıb.
İspaniyanın Baş naziri Pedro Sançes də açıqlamasında bildirib ki, yüksək hərarət səbəbindən 600-dən çox adam ölüb.
Son zamanlar cənubdan gələn isti dalğasının təsiri ilə tarixinin ən yüksək temperaturunu yaşayan Böyük Britaniyada günorta saatlarında havanın temperaturu 40 dərəcəni keçərək ölkə tarixinin ən yüksək səviyyəsinə çatıb.
Böyük Britaniya Meteorologiya Xidməti sağlam insanlar arasında ciddi xəstəlik və hətta ölüm riskini nəzərə alaraq ilk dəfə olaraq ekstremal temperatur xəbərdarlığı edib.
Portuqaliya səhiyyə rəsmiləri iyulun 7-dən bəri normaldan 1000-dən daha çox ölüm qeydə alındığını və bunların həddindən artıq istidən qaynaqlandığını açıqlayıblar.
Səlahiyyətlilər istilərin ən çox qocalar, uşaqlar və xroniki xəstəlikləri olanlara təsir etdiyini bildirir.
Meşə yanğınlarının davam etdiyi Yunanıstanda mülki müdafiə rəsmiləri güclü küləyin beş bölgədə yanğın riskini artırdığı barədə xəbərdarlıq edib.
Fransada havanın istiliyinin 40 dərəcəyə çatacağı gözlənilir. Ölkənin cənub-qərbindəki Jironde bölgəsində baş verən meşə yanğınları səbəbindən son bir neçə gündə 10 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Mənbə: TRT Haber