Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
21.07.2022
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiq edib.
"DM” xarici mətbuata istinadən xəbər verir ki, bu paketə Rusiya qızılına embarqonun tətbiqi, "Sberbank”ın aktivlərinin dondurulması və yeni ixrac məhdudiyyətləri daxildir.
Bundan başqa, 55 rusiyalı fiziki və hüquqi şəxs qara siyahıya daxil edilib.