Türkiyəli nazirdən Şuşa ilə bağlı paylaşım
21.07.2022
Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedir.
Bu barədə türkiyəli nazir "Twitter” hesabından paylaşım edib.
Səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.
"Mübarək qələbəyə doğru gedirik. Hədəfimiz 29 ildir həsrətində olduğumuz Şuşadır.
Sevinclə, qürurla, həyəcanla...”, - deyə Derya Yanık paylaşımına qeyd edib.