Rusiya Almaniyaya qaz tədarükünü bərpa edib
21.07.2022
"Şimal axını 1” kəməri ilə Rusiyadan Almaniyaya göndərilən qaz tədarükü yenidən bərpa edilib.
"DM" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata əsasən, tədarükün həcmi sutkada təxminən 67 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, "Şimal axını” kəməri vasitəsilə qaz tədarükü təmir səbəbindən 11-21 iyul tarixlərində dayandırılmışdı.