Təyyar Eyvazov: "Maskalardan istifadə kütləvi hal aldıqda qoruyuculuğu artır"
20.07.2022
Maskaların qoruyuculuğu düzgün istifadə və sosial məsafənin gözlənilməsi ilə daha da artır.
"DM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, bu, aparılan tədqiqatların nəticəsidir: "Maska taxan insan düşünməsin ki, təkcə özünü qoruyur, o həm də qarşısındakını qoruyur. Yəni maskalardan istifadə kütləvi hal aldıqda qoruyuculuğu artır. Maska taxarkən onun üzdə kip oturduğuna da fikir verməliyik. Çünki insan asqırıb, öskürdükdə aerozollar havada rahatlıqla başqasını da yoluxdura bilər. Tibbi maskalar adi parça maskalarla müqayisədə dəfələrlə daha çox qoruyucudur”.