Dördlük yenidən İstanbulda bir araya gələcək
20.07.2022
22 iyulda İstanbulda Ukrayna, Rusiya, Türkiyə və BMT nümüyəndələrinin taxıl dəhlizinin təşkilinə həsr olunmuş yeni iclası keçiriləcək.
"DM" xəbər verir ki, bu barədə "CNN Türk” məlumat yayıb.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
İyulun 18-də Türkiyənin müdafiə naziri Hulusi Akar Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması və bu həftə Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin görüşünə dair prinsipial razılaşmaların əldə edildiyini açıqlayıb.