Koreyanın baş xəfiyyəsi ABŞ-a gedib
20.07.2022
Koreyanın Milli Kəşfiyyat Xidmətinin (NRS) rəhbəri Kim Kyu-hyun ABŞ-a qeyri-rəsmi səfər edib.
"DM" xəbər verir ki, bu barədə "Yonhap” xəbər agentliyi məlumat yayıb.
Vaşinqton hava limanında görüntülənən kəşfiyyat şefinin işçiləri çətirlə gizlətməyə çalışıblar.
Agentlik Cənubi Koreya kəşfiyyatının rəhbərinin ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns ilə görüşəcəyini qeyd edib.