21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

20.07.2022

Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib.

TƏBİB-dən bildirilib ki, Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Hazırda onların zəruri tibbi xidmət göstərilir.

Qeyd edək ki, yerli mediada zəhərlənmənin Nabranda yerləşən "Məkan” istirahət mərkəzində yeməkdən sonra baş verdiyi yazılıb.