Xamenei yenə Türkiyənin əməliyyatına qarşı çıxıb
19.07.2022
Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük və terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq edirik.
"DM" xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.
"Suriyanın şimalında hərbi əməliyyat əlbəttə ki, Türkiyə, Suriya və regionun ziyanına olacaq.
Suriyanın birliyini qorumaq vacibdir. İstənilən hərbi əməliyyat terrorçu qrupların xeyrinə olacaq”, - Xamenei bildirib.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan İranda səfərdədir.