Böyük Britaniyanın enerji xidmətləri şirkəti Azərbaycan bazarını tərk edir
19.07.2022
Böyük Britaniyanın enerji xidmətləri şirkəti "Petrofac International LTD"nin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
"DM” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Petrofac International LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyi 1995-ci ildə dövlət qeydiyyatına alınıb.