10 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Haluk Bayraktar: “PUA-larımızı Rusiyaya tədarük etməmişik və gələcəkdə də etməyəcəyik”

19.07.2022

"Türkiyənin "Baykar Makina” şirkəti heç vaxt "Bayraktar” pilotsuz uçuş aparatlarını (PUA) Rusiyaya tədarük etməyib və Ukraynanı dəstəklədiyi üçün gələcəkdə də etməyəcək”.

"DM” xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində şirkətin baş direktoru Haluk Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır:

"Bu, müdafiə və aerokosmik sektorlara da aiddir. Türkiyə Ukraynada PUA istehsalını dəstəkləyir, öz dronları üçün isə bu ölkədən mühərriklər alır”.

H.Bayraktar vurğulayıb ki, tərəflər arasında münasibətlər hər iki ölkə üçün qarşılıqlı faydalıdır.