Göyçaydakı körpü üçün 10 milyon manat ödənilib
28.09.2018
Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Göyçayda körpünün dağılmasına görə dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib.
Baş prokuror həmçinin məlumat verib ki, cinayət işi Göyçayda körpünün uçulmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır.
"Baş Prokurorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparır. Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir"- deyə, bildirib