Narışkin İrəvana gedib, Mişustin Paşinyanla danışıb
18.07.2022
Rusiyanın Baş naziri Mixail Mişustinlə Ermənistan hökumətinin başçısı Nikol Paşinyan arasında telefon danışığı olub.
"DM" xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin İrəvandadır və Paşinyanla görüş də keçirib.