Ursula von der Leyen: “Azərbaycandan qaz nəqlini iki dəfə artırmaq niyyətindəyik”
18.07.2022
"Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir”.
Bu fikri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen öz "Twitter”də hesabında yazıb.
"Bu gün mən yeni müqavilə imzalamaq üçün Azərbaycandayam. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”, - Avropa Komissiyasının prezidenti vurğulayıb.