Moskvada hava hücumundan müdafiə sirenaları işə salınacaq
18.07.2022
İyulun 20-də Moskvada hava hücumu sirenaları səsləndiriləcək.
Belə ki, Rusiya paytaxtının fövqəladə hallar barədə xəbərdarlıq sistemlərinin "planlı yoxlaması” həyata keçiriləcək.
Sirenalar Moskva vaxtı ilə səhər saat 10:40-dan (Bakı vaxtı ilə 11:40) 12:00-a qədər (Bakı vaxtı ilə 13:00) olan zaman kəsiyində işə salınacaq.
Səsgücləndirmə sistemlərinin yoxlanışının bir dəqiqədən artıq çəkməyəcəyi bildirilir. Televiziya kanallarında və radiolarda həyəcan siqnalı barədə birbaşa elan veriləcək.
Mənbə: RBC