Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının məzmunu açıqlanıb
18.07.2022
Avropa sanksiyalarının yeni paketi Rusiyanın hüquqi şəxsləri və siyasətçiləri ilə yanaşı, Ukraynada Rusiya Federasiyasına dəstək verənləri də hədəfə alacaq.
Bu barədə Lüksemburqun xarici işlər naziri Jan Asselborn Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin görüşü zamanı bildirib.
"Biz yenə də ilk növbədə Rusiyadan olan insanlardan, siyasətçilərdən, eyni zamanda da Ukraynadan olan əməkdaşlardan danışırıq. Söhbət bəzi hüquqi şəxslərdən də gedir”, - deyə Asselborn bildirib.
Nazir qeyd edib ki, Aİ Rusiya Federasiyasına qarşı növbəti sanksiyalarla bağlı hər şeyi artıq hazırlayıb. Eyni zamanda o, sanksiyaların dünyanı dəyişməyəcəyinin fərqində olduğunu vurğulayıb. Lakin buna baxmayaraq, nəzərdə tutulan kursun davam etdirilməsinin zəruri olduğunu qeyd edib.
"Hesab edirəm ki, biz bu sanksiyalarla bağlı hər şeyi hazırlamışıq. Bilirəm ki, sanksiyalar dünyanı dəyişməyəcək. Amma hesab edirəm ki, tutduğumuz istiqamətdə işimizi davam etdirməliyik”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə ilkin işlər görülüb.
Mənbə: MK.ru