21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şagirdə əxlaqsız deyən müavini hansı cəza gözləyir?

18.07.2022

Rəsilə Əliyevanın 14 yaşlı uşağı "əxlaqsız” adlandırması şəxsi həyata müdaxilədir.

Bu sözləri açıqlamasında hüquqşünas, "Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Lənkəran şəhər icra başçısının müavini Rəsilə Əliyevanın 9-cu sinif şagirdi Aliyə Camalovanı barədə mediaya açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, R.Əliyeva mətbuata açıqlamasında həm istintaq sirrini yayıb, həm qız uşağını təhqir edib, həm də dövlət qulluqçusunun davranış qaydalarını pozub:

"Burada təhqir elementləri olduğu üçün cinayət tərkibi var. Onun əməlinə kompleks cinayət mühakimə qaydasında qiymət verilsə, o, vəzifəsindən azad edilə və cinayət məsuliyyətinə cəlb edilə bilər”.