21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

PYD və YPG-yə QARŞI ƏMƏLİYYAT PROQNOZU

28.09.2018

Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PYD və YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.
"Dövran Media"nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər.
Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi:
"Türkiyə və Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya əsasən, PYD və YPG bölmələri 90 gün ərzində Mənbicdən çıxmalı idi, lakin bu baş vermədi".
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə, Rusiya və İranın birgə səyləri artıq Suriyada öz müsbət nəticəsini verir.