Daha bir azərbaycanlı Ukraynada həlak olub
18.07.2022
Ukraynada gedən ağır döyüşlər zamanı teleaparıcı Kərim Qulamov həlak olub.
"DM"Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə yaxınları Kərim Qulamovun şəxsi Feysbuk səhifəsində məlumat yerləşdiriblər.
Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.
Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.
Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan Qulamov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.