Estoniyanın yeni hökumətindən Ukrayna açıqlaması
15.07.2022
Estoniyanın yeni hakim koalisiyası - İslahat, İntibah və Sosial Demokrat partiyaları Ukrayna və ukraynalı qaçqınlara tam dəstək vəd edən saziş imzalayıb.
"DM" xəbər verir ki, bu barədə "Avropa həqiqətləri” məlumat yayıb.
"Ukraynanı bütün beynəlxalq səviyyələrdə, o cümlədən NATO və AB-də dəstəkləyəcəyik. Biz ukraynalı qaçqınların evlərinə qayıtmasına dəstək proqramı yaradacaq, onlara öz dil və mədəni məkanları ilə əlaqə saxlamaq imkanına zəmanət verəcəyik”, - sazişdə deyilir.