Prezident DTX-nin generalına yüksək vəzifə verib
15.07.2022
İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib.
"DM"xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə İ.Musayev Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilib.