Sərkisyan geri dönür: Xüsusi iclas çağırıldı
27.09.2018
Ermənistan Resublikaçılar Partiyasının icraedici orqanının xüsusi iclası keçiriləcək.
"Dövran Media" xəbər verir ki, bunu "Sputnik Ermənistan”a açıqlamasında Respublikaçılar Partiyasının nümayəndəsi Ruben Tadevosyan deyib. O, xüsusi iclası eks-prezident Serj Sərkisyanın idarə edəcəyini bildirib.
İclasda müzakirə ediləcək məsələləri açıqlamayan Tadevosyan gündəliyin iclas zamanı sədr və icraedici orqanın üzvləri tərəfindən müəyyənləşdiriləcəyini bildirib.