Britaniya kəşfiyyatı: Rusiyanın növbəti hədəfi bu şəhərdir
15.07.2022
Severskdən sonra Rusiyanın növbəti hədəfi çox güman ki, Donetsk vilayətindəki Baxmut olacaq.
"DM" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Donbasda Rusiya və rusiyayönlü "lxr” qüvvələrinin Donetsk vilayətinin Seversk şəhərinə yaxın olduqları iddia olunur:
"Bu, hələ təsdiqini tapmayıb, lakin Slavyansk və Kramatorska yol açmaq üçün Lisiçanskdan Severskə doğru hücumlardan sonra rus qoşunları yavaş-yavaş qərbə doğru irəliləyirlər. Yəqin ki, Seversk ələ keçiriləndən sonra növbəti hədəf Baxmut olacaq".