Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib
14.07.2022
Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair protokolları ratifikasiya edib.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.
"Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlük protokollarını yekdilliklə ratifikasiya edib. Təbrik edirəm, müttəfiqlər!”, - XİN rəhbəri qeyd edib.