Zaxarovadan İstanbuldakı görüşlə bağlı açıqlama
14.07.2022
Görüş dördtərəfli oldu. Bu problemlə bağlı məsələlər ətraflı müzakirə olundu.
"DM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İstanbulda taxıl dəhlizi ilə bağlı Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş haqda danışarkən deyib.
O bildirib ki, görüşlər üç ölkənin hərbi nümayəndə heyətlərinin öz paytaxtlarında məsləhətləşmələrindən sonra eyni formatda davam edəcək.