Kirişçi: Muğladakı yanğın nəzarətə alınıb
14.07.2022
Muğlanın Datça rayonundakı yanğın nəzarət altına alınıb. Soyutma işləri davam etdirilir.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi Tvitter hesabında yazıb.
"Başda Datça meşə yanğınında vəzifə borcunu yerinə yetirərək yanğını nəzarət altına alan meşə qəhrəmanları olmaqla, hər zaman dəstəkləri ilə yanımızda olan bütün aidiyyəti qurumlara və könüllü vətəndaşlara təşəkkür edirəm”, - Kirişçi bildirib.