Rus polkovnikin arvadı ilə şok yazışması yayılıb
14.07.2022
Ukrayna Teleqram kanallarında rus polkovnikin gizli yazışması paylaşılıb.
"DM" xəbər verir ki, Rusiya silahlı qüvvələrinin polkovniki Yevgeni Aleksandrov xanımına yazdığı mesaj gündəmə çevrilib.
"Bizi məcbur burada saxlayıblar. Bizim briqada komandiri cəbhə xəttini 2 dəfə tərk edib. Guya iki dəfə yaralanıb. Əslində isə o sap-sağlam Rusiyada kef edib. Araq vurub, istirahət edib... Mən də belə edəcəm. Yazacam ki, guya məni də vurdular”, - o bildirib.