Ukraynada həbs olunan qazimizin bu gün məhkəməsidir
14.07.2022
Ukraynada ermənilər tərəfindən şərlənərək həbs olunan qazi Misir Elman oğlu Qasımlı və Sübhan Babək oğlu Quliyev bu gün hakim qarşısına çıxarılıb.
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
"Hazırda məhkəmə iclası davam edir. Konsulumuz oradadır”, - məlumatda bildirilib.
Xatırladaq ki, Vətən müharibəsi iştirakçısı qazi Misir Qasımlı və Sübhan Quliyev ermənilər tərəfindən şərlənərək Ukraynada həbs olunub