Erməni deputat: Bakının qüdrətini AŞPA-da gördüm
13.07.2022
Birmengemdə keçirilən AŞPA Assambleyasında əsas məqsədimiz Ermənistanla bağlı mövcud qətnaməyə Qarabağa aid olan bəzi detalları əlavə etmək idi.
"DM" xəbər verir ki, bu fikirləri Ermənistanı ATƏT-də təmsil edən deputat Lilit Qalstyan bildirib.
O deyib ki, bununla bağlı heç bir irəliləyiş əldə edə bilməyiblər:
"AŞPA heç bir dəyişikliyi qəbul etmədi. Demək ki, mən ilk dəfə olaraq Bakının qüdrətinin bu cür mötəbər bir arenada qorunduğunun şahidi oldum. AŞPA-nın Assambleyasında erməni nümayəndə heyəti qətnaməyə Ermənistan və ya Dağlıq Qarabağla bağlı əlavələri daxil edə bilmədi. Ermənistanın belə bir ciddi beynəlxalq arenada təcrid olunması ilə də ilk dəfə idi üzləşirdim”, - deyə erməni deputat qeyd edib.