Qazinin intiharı: başçı məsuliyyətə cəlb edilə bilər?
13.07.2022
İcra başçısının məsuliyyətə cəlb edilməsi üçün onun qaziyə qarşı zorakılıq, hədə-qorxu gəldiyi ilə bağlı sübut olmalıdır.
Bu sözləri qazinin intiharı ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, qazi görüntülərdə onun sındırıldığını deyir:
"Lakin necə və kim tərəfindən sındırıldığını bilmirik. Bu barədə hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmək lazımdır”