Abdullahian: “İran Rusiyaya silah tədarük etməyəcək”
13.07.2022
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Ukraynada gərginliyin daha da artmasına səbəb olmamaq üçün İranın Rusiyaya silah tədarük etməyəcəyini deyib.
O, bu barədə İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində bildirib.
"Rusiya ilə müdafiə sahəsində sazişlərimiz var, lakin bu müharibədə iştirak edən tərəflərin heç birinə kömək etməyəcəyik”, - deyə İranın xarici işlər naziri qeyd edib.
Mənbə: Skeptik.ua