Qarabağa gələn həftə ilk köç başlayır
13.07.2022
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.
"DM" xəbər verir ki, bu barədə Publika.az-a Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.
Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:
"Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcəklər, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.
Digər etibarlı mənbələrdən əldə etdiyimiz digər məlumatlara görə, ilk köç prosesi ilə bağlı Ağalı kəndində gerçəkləşdiriləcək mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək.