Tramp: Obama bu ölkə ilə müharibəyə hazırlaşırdı
27.09.2018
Keçmiş prezident Barak Obama Şimali Koreya ilə dəhşətli bir müharibəni başlatmağa yaxın idi.
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu Yorkda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, prezident seçilməyəcəyi halda ABŞ müharibəyə cəlb olunacaqdı. Çünki Obama artıq buraxılış mexanizmini işə salmışdı.
"Prezident Obama düşünürdü ki, biz müharibəyə getməliyik. O, tətiyi çəkməyə çox yaxın idi. Milyonlarla insanın öldürülə biləcəyi bu münaqişə dünya müharibəsinə də çevrilə bilərdi. O özü mənə dedi ki, müharibəyə çox yaxın olub”, - Tramp bildirib.