Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb
13.07.2022
Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlarda ilk plana iqtisadi maraqlar çıxır.
"DM" xəbər verir ki, bu barədə "GazeteKars” yazıb.
Qəzet ilk növbədə söhbətin Türkiyə-Ermənistan arasında Qars vilayətinin Akyaka bölgəsində yerləşən "Doğuqapı” və "Alikan” sərhəd-keçid məntəqələrinin açılmasından getdiyini yazır.
Qeyd olunur ki, Akyaka bölgəsində artıq 20 gündür ki, ərazilər minadan təmizlənir.