Aksiyaçılar baş naziri də istəmir: toqquşma başlayıb
13.07.2022
Şri-Lanka Prezidenti Qotabaya Racapaksa ölkədən qaçdıqdan bir neçə saat sonra yüzlərlə insan Baş nazir Ranil Vikremesinqenin istefasını tələb etmək üçün aksiya keçirib və bu, polislə toqquşmaya çevrilib.
"DM" xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
"Ranil, get!" şüarlarını səsləndirən etirazçılar Baş naziri Racapaksa klanının müttəfiqi kimi görür və getməsini istəyirlər.
Məlumatda bildirilir ki, polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib və prezidentin səlahiyyətlərini icra edən Vikremesinqhe ölkədə fövqəladə vəziyyət elan edib, şəhər və ətraf ərazilərdə komendant saatı tətbiq edib.