Azərbaycana 30 vaqon gətiriləcək
27.09.2018
"Azərbaycan Dəmir Yolları QSC"nin sədri Cavid Qurbanov 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, növbəti ilin ilk aylarında ölkəmizə 30 ədəd qatar gətiriləcək. Vaqonlar İsveçrənin Surix şəhərində istehsal olunur. Yeni qatarlarla Qarsa 10 saata çatmaq mümkün olacaq, Ankaraya isə 20 saata.
Gediş haqqının qiymətləri barədə isə, C.Qurbanov bildirib ki, bunu ancaq digər ölkələrlə razılıq əldə etdikdən sonra demək mümkün olacaq.