Çilidə ard-arda güclü zəlzələ baş verib
13.07.2022
Çilinin Pasxa adasında 6,5 bal gücündə zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Pasxa adasından 699 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Ölən və yaralanan olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Bu zəlzələnin ardınca isə 5,2 bal gücündə daha bir zəlzələnin baş verdiyi bildirilib.