Qəbələ: "İslam dünyasının turizm paytaxtı"
06.02.2018
Qəbələ şəhəri 2020-ci il "İslam dünyasının turizm paytaxtı" seçilib.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin X konfransının bu gün keçirilən iclasında 2019-cu il "İslam dünyasının turizm paytaxtı" Dəkkə (Banqladeş) və 2020-ci il "İslam dünyasının turizm paytaxtı" isə Qəbələ olub.
Qeyd edək ki, 2016-cı ildə "İslam dünyasının turizm paytaxtı" Konya olub. 2017-ci ildə isə bu şərəfli adı Mədinə, 2018-ci ildə Təbriz daşıyıb.
DM