Tayvan Kiyevə mərmi göndərməsi xəbərini təkzib edib
11.07.2022
Tayvan Ukraynaya 60 mm-lik minaatan mərmilərinin göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
"DM" xəbər verir ki, bu barədə ICRT radiostansiyası məlumat yayıb.
Qeyd edək ki, Tayvanın Kiyevə çatdırdığı deyilən ənənəvi Çin simvolları olan minaatanların fotosu bəzi Ukrayna informasiya vasitələrində dərc olunmuşdu.