Qazaxıstan MDB sazişindən çıxıb
08.07.2022
Qazaxıstan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Valyuta Komitəsi haqqında 1995-ci il sazişindən çıxır.
"DM" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman verib.
"Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında Minsk şəhərində 2013-cü il oktyabrın 25-də bağlanmış 1995-ci il 26 may tarixli sazişin qüvvəsinə xitam verilməsi haqqında protokol təsdiq edilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, sənəd artıq qüvvəyə minib.