Nazir: “Samur çayı üzərində tikilən körpü 1 ilə hazır olacaq”
27.09.2018
"Biz Samur çayı üzərində salınmış körpü layihəsinin reallaşdırılması ilə bağlı uzun müddətdir ki, danışırıq. Təbii ki, biz bu məsələdə uduzuruq".
"Dövran Media" xəbər verir ki, bunu Azərbaycan-Rusiya biznes forumu çərçivəsində nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə Rusiya prezidentinin köməkçisi İqor Levetin bildirib. Onun sözlərinə görə, bu gün Şimal-Cənub dəhlizinə maraq var.
"Dəmiryolu yükdaşımalar baxımından vacib nəqliyyatdır və bu sahədə problemlər həll edilməlidir. Bundan başqa, gömrük keçid məntəqələrində proses sürətlənməlidir ki, yükləri sərhəd keçid məntəqəsində saxlanmasın".
Nəqliyyatda sənədlərin imzalanmasına gəlincə İ. Levetin bildirib ki, bir sənəd olmalıdır: "Rəqəmsalllaşdırma çox vacibdir. Biz peyklə yük daşımalarını izləyə bilərik. Ticarət dəhlizində turizm əlaqələrinə daha az diqqət edirik. Bu dəhlizdə insanların rahat hərəkətini təmin etməliyik".
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Samur çayı üzərindəki körpü ilə bağlı hazırda aktiv iş gedir . Onun sözlərinə görə, hazırda körpünün tikintisi ilə bağlı heç bir problem yoxdur :
"Müvafiq infrastruktur hazırlanır. Bir ilə körpü hazır olacaq. Xəzərin hüquqi statusunun müəyyənləşməsi də yükdaşımalara təsir edir. Razılaşma olarsa, yükdaşımalarda problemlər həllini tapar".