Güneyli fəallar: Azərbaycan üsyana hazırdır
08.07.2022
Güney Azərbaycanın Urmu şəhərində etirazlar davam edir.
"DM" xəbər verir ki, şəhər divarlarına Urmu gölü ilə bağlı etiraz məzmunlu şüarlar yazan milli-mədəni və ekologiya fəallar Tehran hökumətinə xəbərdarlıq ediblər.
Urmu şəhərinin məhəllələrinin divarlarına "Azərbaycan üsyana hazırdır", "Urmu gölünü xilas edəcəyik”, "Urmu gölü can verir" və digər şüarlar yazılıb.
Qeyd edək ki, son günlər Güney Azərbaycanda davamlı olaraq hökumətin qurumaqda olan Urmu gölünə laqeyd yanaşmasına qarşı etiraz aksiyaları keçirilir.