Çin Tayvan yaxınlığında hərbi təlimlər keçirib
08.07.2022
Çin Silahlı Qüvvələri Tayvan yaxınlığında müxtəlif qoşun və silahlardan ibarət hərbi təlimlər keçirib.
Bu barədə Çin Xalq Azadlıq Ordusunun sözçüsü Şi Yi bildirib.
Şi Yi ABŞ-ın son dövrlərdə regional gərginliyi daha da artıran və Tayvan boğazında sülhə zərər verən, "Tayvanın müstəqilliyini” müdafiə edən separatçı hərəkatları fəal şəkildə dəstəklədiyinə diqqət çəkib.
Sözçü vurğulayıb ki, Çin ordusu suverenliyi və təhlükəsizliyi qətiyyətlə qorumağa, həmçinin ada əyalətinin müstəqilliyini bərqərar etmək cəhdlərinin qarşısını almağa hazırdır.
Qeyd edilir ki, son zamanlarda Birləşmiş Ştatlar "Tayvanın müstəqilliyini” müdafiə edən separatçı hərəkatları fəal şəkildə dəstəkləyir, bu isə bölgədə gərginliyi artırır və Tayvan boğazında sülhə xələl gətirir.
Mənbə: Lenta.ru