03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Volodin Rusiya şəhərlərinin atəşə tutulmasında Boris Consonu ittiham edib

07.07.2022

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri postlarından istefa verdiyini açıqlayan Boris Consonun yürütdüyü siyasətin nəyə gətirib çıxardığını Avropa dövlətlərinin liderləri düşünməlidir.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Consonun istefası ilə bağlı məlumatı şərh edərkən bildirib.

"Bizim dinc şəhərlərimizin - Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır. Böyük Britaniya vətəndaşları bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir", - deyə Volodin Teleqram kanalında yazıb.

"Təlxək gedir. Zelenskinin yaxın dostu və himayədarı, Böyük Britaniyanın Baş naziri Boris Conson vəzifəsini tərk etmək məcburiyyətində qalıb. Bütün cəhdlərə və səylərə baxmayaraq, o, vəzifəsini qoruyub saxlaya bilməyib", - deyə Dumanın spikeri vurğulayıb.