Saakaşvilinin üzü ölü üzünə bənzəyir - Vəkili
07.07.2022
Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilinin üzü qara piqment ləkələri ilə örtülmüşdür və o, ölü adamın üzünə bənzəyir.
"DM" xəbər verir ki, bunu Saakaşvilinin vəkillərindən biri Şalva Xaçapuridze jurnalistlərə deyib.
"Saakaşvili mayın 12-də Rustavi həbsxanasından köçürüldüyü Tiflisdəki Vivamedi klinikasında müalicə alır. Saakaşvili səhhəti ilə əlaqədar bir neçə son məhkəmə proseslərinə qatılmayıb. O, çox xəstədir. Onun rəngi qaralıb, əlləri qırışıb, üzü iki-üç gün əvvəl dünyasını dəyişən adamın üzünə bənzəyir. Vəziyyət çox çətindir. İlk növbədə cəza təxirə salınmalı, ondan sonra həkimlər onun harada müalicə olunacağına qərar verəcəklər”, - o bildirib.