Bu ölkə 100% günəş enerjisinə keçəcək
07.07.2022
Avstraliya 2026-cı ilə qədər tamamilə günəş enerjisinə keçməyi proqnozlaşdırır.
"DM" xəbər verir ki, bu barədə Avstraliya Enerji Bazarı Operatorunun ekspertləri məlumat yayıb.
Məlumata görə, Avstraliya günəş panellərinin sayına görə dünya ölkələri arasında ilk yeri tutur. Ekspertlər bildiriblər ki, bu ilin noyabrında Cənubi Avstraliya günəş panellərinin köməyi ilə elektrik enerjisinə olan tələbatı 100% ödəyəcək. Bu isə ilk irimiqyaslı günəş enerji sistemi olacaq.
"Beləliklə, bərpa olunan enerji mənbələrindən kütləvi istifadənin köməyi ilə ekoloji vəziyyət yaxşılaşacaq, çünki kömürlə işləyən elektrik stansiyaları daha zərər verməyəcək”, - məlumatda deyilir.