Ermənistan ordusunun idarəetməsində dəyişikliklər edilib
07.07.2022
Ermənistan ordusunun idarəetməsində dəyişikliklər edilib.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, ölkə parlamentinin müdafiə qanunvericiliyi sahəsində qəbul etdiyi yeni dəyişikliyə əsasən, Baş Qərargah yalnız ölkənin müdafiəsi və döyüş hazırlığı ilə məşğul olacaq.
Digər bütün məsələlər Müdafiə Nazirliyinin departamentləri tərəfindən həyata keçiriləcək.
Bundan başqa, müdafiə nazirinin birinci müavini Baş Qərargah rəisi səlahiyyətlərini icra edəcək.